cavabın tarixi: 07.11.2024
İnvestisiya müqaviləsi risklərin aydın paylanmasını tələb edir. Həmin bənddə hansı hallarda yatırımcının sərmayəsi geri qaytarılmır, hansı hallarda icraçı kompensasiya ödəyir – bunlar qeyd olunmalıdır. Fors-majorun təsiri, müqavilədən birtərəfli çıxma hüququ, çıxma zamanı hansı hissənin itiriləcəyi kimi detallar da ‘risk bəndi’ndə yer almalıdır.