cavabın tarixi: 10.12.2024
Bu halda sığorta şirkəti ‘total’ qərarı verərsə, avtomobilin o anki bazar qiymətinə yaxın məbləğ ödənilir. Bəzi şirkətlər qalıq dəyərini müəyyənləşdirib onu çıxır, yerdə qalanı müştəriyə ödəyir. Müştəri razı deyilsə, bazar dəyəri üzrə müstəqil ekspert təyin oluna bilər. Müqavilədə bu mexanizm ətraflı yazılmalıdır. Hər iki tərəfin razılığı olmazsa mübahisə məhkəməyə qədər gedə bilər.