cavabın tarixi: 03.12.2024
Tərəflərdən biri üçüncü şəxsi səlahiyyətli nümayəndə kimi təqdim edirsə, o nümayəndə notarial təsdiqli etibarnamə göstərməlidir. Orada hansı hərəkətləri icra edə biləcəyi dəqiq yazılmalıdır (müqavilə imzalamaq, ödəniş şərtlərini razılaşdırmaq və s.). Əks təqdirdə, sonradan ‘mənə belə səlahiyyət verilməmişdi’ mübahisəsi yarana bilər və müqavilə zədələnə bilər.