cavabın tarixi: 28.10.2024
Qanuni əsasda bir əmlaka yalnız bir çıxarış verilir. Əgər iki sənəd mövcuddursa, bunlardan biri səhvən və ya saxtakarlıqla alınıb. Belə mübahisə yaranarsa məhkəmə həmin sənədlərin qüvvəsini araşdıracaq, zərurət yarandıqda birini etibarsız elan edəcək. Vəkil həmin prosesdə sizin mülkiyyət hüququnuzu sübut etməyə kömək edir.