cavabın tarixi: 07.11.2024
Ən son tarixli vəsiyyət öncəkini ləğv edir və ya onunla ziddiyyət təşkil edən hissələri avtomatik olaraq etibarsız sayılır. Yəni iki vəsiyyətdə eyni əmlak fərqli adlara verilirsə, sonuncu vəsiyyət əsas götürülür. Əgər ‘köhnə vəsiyyəti ləğv edirəm’ kimi qeyd edilibsə, onunla tam əvəzlənir. Sonuncu tarixli sənəd məhkəmədə üstün tutulur.