Qanunsuz sayılan vəsiyyəti necə mübahisələndirmək olar? - Vakillar-az.com

Qanunsuz sayılan vəsiyyəti necə mübahisələndirmək olar?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
0

06.01.2025

Qohumlarımız deyir ki, babamın son anlarında yazdırdığı vəsiyyət saxtadır. Onun qol imzası zorla atılıb. Necə mübahisə aparaq, hansı səlahiyyətli orqan qərar verir?

Sayt administrasiyası 10.01.2025
cavabın tarixi: 10.01.2025

Vəsiyyətin saxta, ya etibarsız olduğunu iddia edən şəxs məhkəməyə müraciət edərək ekspertiza, şahid ifadələri və digər dəlillər təqdim edir. Məhkəmə qərar verərsə, vəsiyyət ləğv edilə bilər. Notariat bunu özbaşına etibarsız saymır, mütləq məhkəmə prosesi lazımdır. O vaxta kimi vəsiyyət keçərli sayılır.

Похожие вопросы

Miras bölünməsində azyaşlı uşaqların hüquqları

cavab yoxdur
26.12.2024
Qardaşımın ölümündən sonra onun yeganə övladı, hələ 10 yaşlı qızıdır. Qardaşımın əmlakında bu uşağın hüquqları necə qorunur? Həyat yoldaşı, digər varislər və ya qızın nənə-babası daha artıq pay tələbi qaldıra bilərmi?
0
0
1

Mirasdan imtina proseduru necə aparılır?

cavab yoxdur
05.11.2024
Mənə atamdan miras qalıb, amma orada çoxlu borclar olduğunu öyrəndim. Mirasdan rəsmi şəkildə imtina etmək istəyirəm. Bu prosesi necə həyata keçirmək lazımdır, hansı vaxtda və kimə müraciət edilməlidir?
0
0
4
Hamısını göstər