cavabın tarixi: 03.12.2024
Subay və valideynsiz şəxsin ilk növbə varisləri olmadığı üçün növbəti dərəcə qohumlar – nənə, baba, bacı-qardaş uşaqları, dayı, əmi, bibi, xala və s. müəyyən zümrə ardıcıllığına görə miras alma hüququna malikdir. Mülki Məcəllədə göstərildiyi kimi, 2-ci, 3-cü zümrə qohumlar mövcuddursa, miras payı onların arasında bölüşdürüləcək. Heç yaxın qohum yoxdursa, əmlak dövlət mülkiyyətinə keçə bilər.