cavabın tarixi: 11.11.2024
‘Limitsiz’ ifadəsi varsa, operator həqiqətən məhdudiyyətsiz sürət təqdim etməlidir. Yoxsa bu, reklamda istehlakçını aldatma halıdır. Sürət sonradan kəskin azaldılırsa, bu məhdudiyyətdir. Şikayət üçün Rabitə, Yüksək Texnologiyalar Nazirliyinə və ya istehlak orqanlarına müraciət edə bilərsiniz. Eyni zamanda operator müqavilə şərtlərində ‘FUP (fair usage policy)’ göstərsə belə, bu siyasət aldatmamaq üçün aydın izah olunmalıdır.