cavabın tarixi: 02.01.2025
Əgər menyuda və ya girişdə aydın şəkildə qeyd olunubsa (‘masa reservi haqqı’ filan), müəyyən məqbul dərəcədə ola bilər. Lakin gizli şəkildə əlavə ödənişin sonradan tələbi aldatıcı və qanunsuz hesab edilə bilər. İstehlakçı, restoran menyusunda əsaslandırılmamış ödəniş görmürsə, onu ödəməyə məcbur deyil. Şikayətlə müvafiq orqanlara və ya məhkəməyə müraciət edə bilərsiniz. Əsas odur ki, öncədən şəffaf məlumatlandırma olmalıdır.