Rent a car şirkəti əvvəlcədən dediyi məbləğdən başqa, ‘sığorta xərcləri, təmizlik xərci, əlavə sürücü haqqı’ kimi detallar üçün məndən pul istəyir. Bu nə dərəcədə qanunidir və hansı qaydalarla tənzimlənir?
Sayt administrasiyası
25.11.2024
cavabın tarixi: 25.11.2024
Maşın icarəsi də istehlakçı xidməti sayılır. Şirkət əvvəlcədən müqavilədə bütün əlavə ödənişlər barədə şəffaf məlumat verməlidir. «Gizli» xərclər sonradan ortaya çıxarsa, bu, qanun pozuntusudur. İstehlakçı bu səbəbdən müqaviləni ləğv edə və ya əlavə ödənişdən imtina edə bilər. Bütün şərtlər yazılı olmalıdır. Şikayət üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və ya məhkəməyə gedə bilərsiniz.
Elektron cihaz 2 illik zəmanət müddəti bitəndən dərhal sonra eyni istehsal xətası üzə çıxdı. Müəyyən olunub ki, bu seriya qüsurludur. Amma satıcı ‘zəmanət qurtarıb’ deyir. Yenə də haqqımı tələb edə bilərəmmi?
Mağazadan aldığım uşaq oyuncağında təhlükəli material şübhəsi var. Malın etiketində lazımi sertifikasiya görmürəm. Bu halda kimə məlumat verim, hüquqlarım nələrdir?
Zəmanət müddətində sıradan çıxan mobil telefonu servisə göndərdim. Təmir sonrası bütün şəxsi məlumatlarım silinib, şəkillər, kontaktlar yoxdur. Bu vəziyyətdə ‘biz ancaq mexaniki təmirə cavabdehik’ deyirlər. Bu düzgündürmü, kim cavabdehdir?
Aldığım ayaqqabını təkcə iki gün geyinmişəm, sonra yan tikişləri açıldı. Qaimə itib, qutusunu da atmışam. Mağaza deyir ki, ‘sənədi olmayanı qəbul etmirik’. Bu doğrudur?
Bazarda birdən-birə məhsulların qiyməti kəskin yüksəlir, bəzən böyük mağazalar süni şəkildə qiymətləri artıraraq istehlakçını çətin vəziyyətə salır. Hansı orqana şikayət etməliyəm və ya hansı yolu tutmalıyam?