cavabın tarixi: 23.10.2024
Qanunda müqavilədə yazılan faiz ödənməlidir. Əgər bank “kampaniya” deyə bonus faizi qeyd edibsə, o rəsmi öhdəlik sayılır. Yazılı sübutları (müqavilə, reklam bukletləri, bankın rəsmi anonsu) toplayıb məhkəməyə müraciət edə bilərsiniz. Bankın öz sözünü yerinə yetirməməsi müqavilə öhdəliyinin pozuntusudur və siz əsas faizi + bonus faizini, həmçinin gecikmə penyasını tələb edə bilərsiniz.