cavabın tarixi: 10.11.2024
Yol-küçə şəbəkəsi dövlət və bələdiyyə mülkiyyətidir, fərdi şəxslər orada özbaşına park yerləri yarada bilməz. Əgər bələdiyyə və ya icra hakimiyyəti rəsmi icazə veribsə, rəsmi ödənişli dayanacaq ola bilər. Əks halda qanunsuz ödəniş tələb etmək hədə-qorxu sayılır. Sürücü hüquq-mühafizə orqanlarına şikayət edə bilər, cərimə və inzibati məsuliyyət nəzərdə tutulur.