cavabın tarixi: 06.11.2024
Yol təsərrüfatının saxlanmasından məsul olan qurum (məsələn, Avtomobil Yolları Dövlət Agentliyi) çuxur və ya açıq lyukla bağlı vaxtında tədbir görməyibsə, onların səhlənkarlığı nəticəsində meydana gələn ziyanı ödəməlidir. Sürücü zədənin dəyərinə dair müstəqil ekspertiza aparıb, məhkəmə vasitəsilə tələbi qaldıra bilər. Sübut edilsə ki, yol örtüyü normal vəziyyətdə olmayıb, müvafiq orqanın günahı müəyyənləşir və təzminat təyin edilir.