cavabın tarixi: 30.10.2024
Məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra icra şöbəsi (İcra məmurları) müvafiq vaxt təyin edərək məcburi şəkildə evi boşaldacaq. Əgər kirayəçi könüllü çıxmırsa, icra məmurları polis dəstəyi ilə evə girib onun əşyalarını çıxara və mənzili sahibinə təhvil verə bilərlər. Bu prosesdə məhkəmədə itirən tərəf (kirayəçi) prosesin xərclərini, cərimələri ödəməyə borcludur.