cavabın tarixi: 12.11.2024
Hüquqi şəxs kimi fəaliyyət göstərən şirkət, borcuna görə öz aktivləri ilə məsuliyyət daşıyır. Lakin ciddi vergi qaçağı və direktorun qanunsuz hərəkətləri sübut olunarsa, bəzən cinayət məsuliyyəti doğur. Bununla belə, normal halda, şəxsi əmlak müsadirə olunmur. İstisna hal: əgər direktor şirkətin borcuna zamin qismində imza atıbsa və ya fırıldaq sübut olunursa, onda şəxsi əmlaka da məhdudiyyət qoyula bilər.