cavabın tarixi: 25.11.2024
Vergi yoxlaması qanuni səlahiyyətdir və şirkət vergi məqsədi üçün tələb olunan bütün sənədləri təqdim etməlidir. Kommersiya sirri belə, vergi səlahiyyətlilərinə açıqlanmaqdan azad edilmir, çünki vergi müfəttişlərinin rəsmən görməli olduqları uçot məlumatları sırf araşdırma məqsədlidir. Lakin müfəttişlər də bu məlumatların gizli qalmasına təminat verməlidir, onları üçüncü tərəflərə açıqlaya bilməzlər.