cavabın tarixi: 09.11.2024
Mülki Məcəlləyə uyğun olaraq miras açıldıqdan (ölüm tarixindən) 6 ay müddətində notariat orqanına müraciət edərək mirası qəbul və ya ondan imtina edə bilərsiniz. İmtina üçün notariusda ərizə verilir. İmtinadan sonra həmin mirasdan heç bir pay tələbi irəli sürə bilməyəcəksiniz, amma borclarına görə də məsul olmayacaqsınız. Vaxtı keçsə, imtina hüququnuz itə bilər, ona görə 6 ay ərzində addım atmaq önəmlidir.