cavabın tarixi: 13.11.2024
Yol sahəsi dövlətə məxsusdur, müvafiq orqan (bələdiyyə və ya icra hakimiyyəti) rəsmi park xidməti yaratmayıbsa, hər hansı şəxsin qanunsuz pul tələb etməyə ixtiyarı yoxdur. İstehlakçı könüllü ödənişdən imtina edə bilər və bu şəxsin dələduz ola biləcəyinə görə polisə də bildiriş verə bilər. Belə hallar istehlakçının hüquqlarını pozur, eyni zamanda qanunsuz tələbatdır.