cavabın tarixi: 22.11.2024
Uşaq sizin üçün biyoloji deyilsə, atalıq müəyyən edilməsi mümkün deyil. Lakin övladlığa götürmə prosesi apara bilərsiniz. Övladlığa götürmə təsdiqlənərsə, uşağın soyadını dəyişdirmək sizin xeyrinizə həll edilə bilər. Bunun üçün məhkəməyə müraciət edib övladlığa götürmə prosedurunu rəsmiləşdirməlisiniz. Əgər məhkəmə uşağın mənafeyini uyğun görərsə, soyadınız uşağa verilir.