cavabın tarixi: 24.12.2024
İrsi qəbul edəndə, borcları da paya görə bölüşdürmüş sayılırsınız. Kimin nə qədər ödəməsi daxili razılaşma məsələsidir. Qanun müştərək məsuliyyət müəyyən edir. Bacınız ödədiyi məbləği, digərlərindən daha artıq ödədiyini sübut etsə və ədalətsiz paylanma baş veribsə, məhkəmə qaydasında kompensasiya tələb edə bilər. Yəni vərəsələrin hər biri miras payına uyğun borc nisbətinə qatılmalıdır.