İki nəfər ortaq iş qurmuşduq, sonra iş bağlandı, amma mənim pulumu qaytarmaq istəmir. Bu, borc kimi tanınır, yoxsa investisiya sayılır?
Sayt administrasiyası
09.11.2024
cavabın tarixi: 09.11.2024
Hər şey aranızdakı müqavilədən və razılaşmadan asılıdır. Sənədlərdə bu vəsaitin 'investisiya' və ya 'borc' olması açıq göstərilməlidir. İnvestisiya kimi qoyulan pullar zərər olarsa geri qaytarılmaya bilər. Əgər rəsmi olaraq 'pay' adıyla sənədləşdirilibsa və zərər olmadığı halda qaytarılmırsa, məhkəmədə həmin payın dəyərini tələb edə bilərsiniz. Lakin sırf borc niyyətilə verilibsə, mülki qaydada borc davası açmaq olar.
Bankdan götürdüyüm krediti vaxtında qaytara bilmədim. Bank məndən yüksək cərimələr tələb edir və güman ki, məhkəməyə verəcək. Kredit borcumu ödəyə bilməsəm, hansı cəzalar və ya addımlar məni gözləyir?
Borclunun əmlakını tapmaq üçün icra məmuruna müraciət etmişəm, amma bəzən eşidirəm ki, bəzi icraçılar qanunsuz ödəniş istəyir. Bundan necə qorunmaq və ya şikayət etmək olar?