cavabın tarixi: 21.11.2024
Məxfilik bəndi pozulubsa, zərərçəkən tərəf müqavilə çərçivəsində cərimə, təzminat və ya müqaviləyə xitam tələbi qaldıra bilər. Ayrıca, kommersiya sirrinin ifşa olunması Cinayət Məcəlləsində də nəzərdə tutulan məsuliyyətə səbəb ola bilər. Buna görə də məxfilik bəndi yaxşı formalaşmalı, hansı məlumatların sirr sayıldığı dəqiq göstərilməlidir.