cavabın tarixi: 30.12.2024
Aksiyada satılan mal, ayıplı deyilsə, yalnız bəyənməyən istehlakçı istəyə bilər ki, dəyişdirsin. Bu, satıcının inisiatividir. Amma ayıblı malda istənilən halda qanuni hüquqlar saxlanılır. ‘Aksiya olduğu üçün ayıbı biz ödəmirik’ yanaşması qanunsuzdur. İstehlak qanunu ayıplı mala görə dəyişmə, təmir və ya geri qaytarma seçim hüququnu məhdudlaşdırmır. Bu səbəbdən satıcı rədd edə bilməz.