cavabın tarixi: 29.10.2024
Xidməti mənzillər mülkiyyətə keçməyən, yalnız iş müddətinə verilən yaşayış sahələridir. Bəzi hallarda xüsusi qanun və qərarlarla həmin mənzilləri özəlləşdirmək olar, amma bu, işəgötürənin (dövlət müəssisəsinin) razılığını tələb edir. Qanunvericilikdə məcburi özəlləşdirmə yoxdur. Əgər dövlət qərarı və ya müəssisənin müvafiq razılığı yoxdursa, o evi özəlləşdirmək hüququnuz qanunla təmin olunmur.