cavabın tarixi: 14.12.2024
Adətən istehlak kreditləri üçün notariat təsdiqi tələb olunmur; bankla müştəri arasında yazılı müqavilə kifayətdir. İpoteka və ya girovla bağlı müqavilələr bəzən notariusda təsdiqlənməlidir. Mülki Məcəllədə konkret hallarda notarial formanın məcburi olduğu göstərilib. Kiçik istehlak krediti və ya sadə arayışlarla isə bank daxili sənədləşmə aparır, notarius məcburi deyil. Sualınız girovlu, ipotekalı kreditdirsə, notariatla təsdiq zəruridir.