Kredit borcunu ödəyə bilmirəmsə bank məni həbs etdirə bilərmi? - Vakillar-az.com

Kredit borcunu ödəyə bilmirəmsə bank məni həbs etdirə bilərmi?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

08.11.2024

Uzun müddətdir kredit borcum var və gecikməyə görə bank mənə hədələyir ki, ödəniş etməsəm hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu, realdırmı? Kredit borcuna görə cinayət məsuliyyəti mümkünmü?

Sayt administrasiyası 10.11.2024
cavabın tarixi: 10.11.2024

Qanunvericiliyə görə mülki borc ödənilmədiyi üçün şəxsin həbsi nəzərdə tutulmur. Kreditin ödənilməməsi borclu ilə bank arasında mülki-hüquqi mübahisədir. Bank məhkəmədə iddia qaldıraraq, borcunuzu məcburi qaydada icra etdirə bilər, əmlakınıza həbs qoya bilər, lakin sırf borca görə cinayət işi açıla bilməz. Cinayət məsuliyyəti yalnız saxtakarlıq, dələduzluq kimi hallarda yaranır. Sırf kredit ödənilməməsi üzündən həbs edilə bilməzsiniz.

Похожие вопросы

Atamın borcu

1 cavab
25.06.2025
Salam. Atam bankdan kredit götürmüşdü (UniBank). Rəhmətə getdiyi üçün 1600dolları ödəyə bilmədi. 2022-ci ildən bəri bank məni vərəsə kimi qeyd edərək hədələyir. İş yerimə yazdı. Füzuli rayon məhkəməsi qərar çıxardı (əlimizə gəlməyib qərar) və müəyyən müddət bank heç bir zəng etmir, 1ildən bir yenə hədələyir. Qeyd edim ki, atam Birinci Qarabağ müharibəsi veteranıdır, müharibə əlilidir. Ailədə yeganə işləyən mənəm, 650manat maaş alıram, xəstə anama baxıram. Bankın məndən borc götürmədiyim halda pul tələb etməsi nə qədər doğrudu?
Читать далее
0
0
32
Hamısını göstər