cavabın tarixi: 26.10.2024
Məktəb müəllimi şagirdə əlavə ödənişli xidmət göstərməyə məcbur edə bilməz. Bu məsələ korrupsiya və ya etik pozuntu kimi qiymətləndirilə bilər. Təhsil Nazirliyinə, rayon təhsil şöbəsinə şikayət yaza bilərsiniz. Müəllimin belə tələbi yazılı sübut, səs yazısı, şahid ifadələri əsasında ciddiyə alına bilər. Gərəkli tədbir görülməzsə, hüquqi yolla məhkəməyə də müraciət etmək olar.