cavabın tarixi: 30.11.2024
İpoteka ilə yüklü əmlak, borc ödənənədək bankın təminatındadır. Mirasçılar mülkiyyəti qəbul etsələr, ipoteka borcunu da davam etdirməlidirlər. Yəni bank ipotekanı ləğv etmirsə, kredit şərtləri yeni varislərə keçər. Mirasçılar ya krediti tam bağlayıb ipotekanı götürə, ya da ödənişi aylıq davam etdirə bilərlər. Ödəməsələr, bank ipotekanı icraya vermək hüququna malikdir.