Mən valyuta ilə kredit götürmüşəm, ancaq manat devalvasiya oldu, aylıq ödənişlər çox qalxdı. Bu vəziyyətdə bankdan yardım istəyə bilərəm? Qanun nəsə deyirmi?
Sayt administrasiyası
07.11.2024
cavabın tarixi: 07.11.2024
Valyuta riskini adətən müştəri daşıyır, çünki müqavilədə dollar məbləği göstərilib. Amma kəskin devalvasiya hallarında hökumət müəyyən kompensasiya proqramları tətbiq edə bilər (2015 devalvasiyası zamanı olduğu kimi). Əks halda, bankın özəl qərarı və ya sizin müraciətiniz əsasında güzəşt edilə bilər, amma qanunen məcbur deyil. Məhkəməyə gedib “fundamental dəyişiklik” arqumenti irəli sürə bilərsiniz, lakin praktika çətindir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Bankla bağlanan əmanət müqaviləsində ‘bonus faiz kampaniyası’ qeyd edilmişdi. Lakin müddət bitdikdə bank bonus vermir. Hər dəfə bəhanə edir. Mən məhkəmə yolu ilə necə tələb edə bilərəm?
Mən dostuma kredit götürərkən zamin durmuşam. İndi dostum ödəmir, bank məni tələb edir. Zaminlik müqaviləsinin şərtlərinə görə, hansı hallarda cavabdehəm və ödənişdən yayınma hüququm varmı?
Mənim xarici valyutada olan hesabımı bank daxili məzənnə ilə məcburi şəkildə manata çevirə bilərmi? Bu, qanunidirmi və mənim razılığım olmadan həyata keçirilə bilər?
Mən müqaviləyə imza atmışam və orada yazır ki, mübahisə halında arbitraj instansiyasında baxılacaq. İndi bankla problemim var, amma mən dövlət məhkəməsinə getmək istəyirəm. Buna icazə varmı?
Mobil bank tətbiqindən istifadə edərkən hesabdan səhv çıxarışlar baş verib. Bank texniki səhv deyir, amma pulu qaytarmır. Elektron əməliyyatlar hüquqi cəhətdən necə tənzimlənir?