cavabın tarixi: 24.12.2024
Borc alan şəxs əlindəki vəsaiti kiminləsə paylaşmışsa, bu sizin hüquqlarınıza təsir etmir. Sizin müqaviləniz kimlə imzalanıbsa, öhdəlik onda qalır. Borclu başqa şəxsə pul verib və ya başqa yerə xərcləyib deyə, borc tələbindən yayına bilməz. Siz yenə də o borclu şəxsi məhkəməyə verəcəksiniz. Pulun üçüncü şəxsə getməsi onun məcburi icra edilməsinə mane olmur. Müqavilənin tərəfi borcludur, o da cavab verməlidir.