cavabın tarixi: 09.11.2024
Bəli, böyük məbləğdə ödənilməmiş vergi borcu varsa və borclunun qaçma ehtimalı görülərsə, məhkəmənin qərarı ilə ölkədən çıxışa qadağa qoyula bilər. Bu proses İnzibati Prosessual Məcəllədə nəzərdə tutulur. Vergi orqanı məhkəməyə müraciət edir, hakim qərar verərsə, həmin şəxsə dövlət sərhədində keçid qadağası tətbiq olunur. Borc ödənilsə və ya məhkəmə qərarı ləğv edilsə, qadağa götürülür.