cavabın tarixi: 28.10.2024
Elektron ticarət fəaliyyəti üçün fərdi sahibkar və ya hüquqi şəxs kimi qeydiyyatdan keçmək, müvafiq vergi rejimini seçmək lazımdır. Satış əməliyyatları e-qaimə və ya kassa aparatı ilə rəsmiləşməlidir. Dövriyyə limitindən asılı olaraq sadələşdirilmiş vergi, gəlir vergisi və ya mənfəət vergisi tətbiq oluna bilər. Onlayn ödənişlər bank və pos sistemləriylə dokumentləşdiyi üçün vergi orqanı nəzarəti asanlıqla apara bilər.