cavabın tarixi: 17.12.2024
Vətəndaşların müraciətləri haqqında Qanuna əsasən, hər bir şəxs yazılı şəkildə dövlət qurumuna sual və ya şikayət verib 15-30 gün ərzində cavab almaq hüququna malikdir. Telefon zəngi qeyri-rəsmi ola bilər, amma yazılı ərizə və ya onlayn şəkildə müraciət (e-gov) rəsmi hesab edilir. Belə halda Təhsil Nazirliyi yazılı cavab verməyə borcludur. Əgər cavab ala bilmirsinizsə, yuxarı instansiyalara şikayət hüququnuz var.