cavabın tarixi: 12.11.2024
Bu, Məşğulluq Agentliyi tərəfindən təşkil edilən ictimai iş yerləri proqramlarıdır. Qeydiyyatdan keçmiş işsizlər bu proqramlarda işləyir, müvəqqəti maaş alırlar. Yaşadığınız ərazi üzrə məşğulluq mərkəzinə gedib işsiz kimi qeydiyyata düşməli, proqram vakansiyaları üçün namizəd olmalısınız. Müddətli müqavilə ilə işləyir, təcrübə qazanır və sosial sığorta da ödəyə bilərsiniz.