cavabın tarixi: 29.12.2024
Ekspress sığortada risk analizi ümumi bazaya əsasən tez aparılır, çox vaxt müştəridən əlavə sənəd istənilmir. Bu səbəbdən şərtlər ya daha məhdud, ya da premium nisbətən yüksək ola bilər. Adi sığortada isə şirkət ətraflı məlumat alır, qiymət fərdi riskə uyğun çıxır. Hər iki metod qanuni olsa da, müştəri müqavilə detalları ilə tanış olmalıdır.