cavabın tarixi: 26.11.2024
Müştəri müqavilə bağlayarkən “istisnalar” bölməsini diqqətlə oxumalıdır. Burada müharibə, terror, qəsdən törədilmiş hadisələr kimi hallar istisna edilə bilər. Həmçinin françayzinq bəndi ola bilər, məsələn, zərərin ilk 100 manatı müştəriyə aiddir. Şirkət bu əsaslarla zərərin müəyyən hissəsini ödəmir. Əgər müştəri bunu istəmirsə, françayzinqsiz variant seçə bilər, amma premium məbləği daha yüksək olar.