cavabın tarixi: 07.12.2024
Müqavilədə işin həcmi (SEO sözləri, SEM kampaniyaları), aylıq büdcə, ölçülən göstəricilər (məsələn, klik sayı), ödəniş şərtləri və nəticəyə görə bonus cərimələr yer almalıdır. Agentliyin məsuliyyət dairəsi, gizlilik öhdəliyi, data mülkiyyəti də vacibdir. Həmçinin, xitam şərtləri və mübahisə həlli proseduru nəzərə alınmalıdır. Bu maddələr yazılı şəkildə hər iki tərəfin mütləq razılaşmasını tələb edir.