cavabın tarixi: 15.01.2025
Bu, əsər sahibi olan memarın müəlliflik hüququnun pozulmasıdır. Yəni plagiat hesab edilir. Əsl müəllif icazə verməyibsə və sizin şirkət öz adına təqdim edirsə, yalan reklam və əqli mülkiyyət pozuntusuna görə cərimə və məhkəmə məsuliyyəti ola bilər. Ona görə, hər bir layihənin hüquqi sahibi kimdirsə, onun icazəsi olmadan reklamda istifadə yolverilməzdir.