cavabın tarixi: 17.12.2024
Bu halda, torpaq sərhədi müəyyənləşdirmək üçün məhkəməyə ‘sərhədin müəyyənləşdirilməsi’ barədə iddia verirsiniz. Məhkəmə müvafiq ekspertiza təyin edir, köhnə planları, coğrafi koordinatları təhlil edir, real vəziyyətlə müqayisə edilir. Ekspertin rəyinə əsasən sərhəd müəyyən edilir. Hər iki tərəfin sənədləri analiz olunduqdan sonra məhkəmə yekun qərarıyla sərhədi rəsmiləşdirir.