Qohumlarımız deyir ki, babamın son anlarında yazdırdığı vəsiyyət saxtadır. Onun qol imzası zorla atılıb. Necə mübahisə aparaq, hansı səlahiyyətli orqan qərar verir?
Sayt administrasiyası
10.01.2025
cavabın tarixi: 10.01.2025
Vəsiyyətin saxta, ya etibarsız olduğunu iddia edən şəxs məhkəməyə müraciət edərək ekspertiza, şahid ifadələri və digər dəlillər təqdim edir. Məhkəmə qərar verərsə, vəsiyyət ləğv edilə bilər. Notariat bunu özbaşına etibarsız saymır, mütləq məhkəmə prosesi lazımdır. O vaxta kimi vəsiyyət keçərli sayılır.
Qardaşımın ölümündən sonra onun yeganə övladı, hələ 10 yaşlı qızıdır. Qardaşımın əmlakında bu uşağın hüquqları necə qorunur? Həyat yoldaşı, digər varislər və ya qızın nənə-babası daha artıq pay tələbi qaldıra bilərmi?
Mənə atamdan miras qalıb, amma orada çoxlu borclar olduğunu öyrəndim. Mirasdan rəsmi şəkildə imtina etmək istəyirəm. Bu prosesi necə həyata keçirmək lazımdır, hansı vaxtda və kimə müraciət edilməlidir?
Qardaşım uzun illərdir xaricdə yaşayır, atam rəhmətə gedib. Qardaşımın burada olmaması onun miras hüququnu məhdudlaşdırırmı? Notariat üçün mütləq Azərbaycana gəlməlidir?
Atam vəsiyyətində bütün əmlakını bir nəfərə bağışlamağı nəzərdə tutub. Biz digər uşaqlar bundan narazıyıq. Bu vəsiyyətin etibarsızlığı üçün nə dərəcədə hüquqi əsaslar axtara bilərik?
Atamdan qalan avtomobil var. Bacımla mən bu maşını necə bölüşdürəcəyik? Satmaq istəmirik, amma ikimizin də birlikdə maşından istifadə etməyimiz real deyil. Hansı hüquqi həll var?