cavabın tarixi: 14.11.2024
Mülki qanunvericiliyə görə, eyni vaxtda vəfat edən şəxslərin miras ardıcıllığı müəyyən edilə bilməzsə, onlar bir-birinə varis olmur. Başqa sözlə, ər-arvad eyni anda öldüyündən, ər arvadın, arvad isə ərın mirasçısı olmur. Mülkləri onların öz qanuni varislərinə ayrı-ayrılıqda keçəcək. Yəni ər-arvadın hər biri üçün ayrıca miras işləri açılır və müvafiq paylar onların valideynləri, övladları və s. tərəfindən alınır.