cavabın tarixi: 16.12.2024
Ölkədə ‘Mediasiya haqqında Qanun’un qəbulu və mediatorların peşəkar təlimləri bu sahəyə marağı artırır. Məhkəmələr də çox vaxt tərəfləri mediasiyaya yönəldir. Hüquq cəmiyyətində, universitetlərdə mediasiya mövzusunda maarifləndirmə aparılır. Geniş kütləyə çatdırmaq üçün seminarlar, konfranslar, TV proqramları təşkil edilir. Zaman keçdikcə insanlar faydasını görüb mediasiyaya daha çox üstünlük verirlər.