cavabın tarixi: 05.01.2025
Məhkəmə daxilindəki ‘barışıq görüşü’ məcburi uzlaşma cəhdi sayılır, hakimin təşəbbüsü ilə aparılır. Mediasiya isə müstəqil, peşəkar mediatorun rəhbərliyi altında, məhkəmə prosesindən kənar və ya öncə edilən könüllü vasitəçilikdir. Məhkəmə hakimi barışıq rolu oynasa da, tam ‘vasitəçi’ ola bilmir çünki qərarvermə funksiyası daşıyır. Halbuki mediatorun səlahiyyəti yalnız kömək etməkdir.