cavabın tarixi: 29.12.2024
Mediatorun rolu, barışığa vasitəçilik etməkdir, o, tərəflərdən heç birinə birtərəfli hüquqi məsləhət verə bilməz. Onun vəzifəsi prosesi yönləndirməkdir. Hüquqi suallar yaranırsa, tərəflər ayrıca öz vəkilindən məsləhət almalıdır. Mediatorun bitərəf qalması əsas şərtdir, əks halda proses ədalətli görünməz. Bəzi mediatorlar ‘hüquqi məlumat’ versə də, bu tövsiyə xarakterli məsləhətə çevrilməməlidir.