cavabın tarixi: 29.12.2024
Mediasiya uşağın qayğı və hüquqlarına prioritet yanaşır. Valideynlərin qarşılıqlı anlaşması uşağı çəkişmə mühitindən uzaq tutur. Məhkəmədən fərqli olaraq, mediasiyada xüsusi olaraq uşağın psixoloji rahatlığını təmin edən yanaşma sərgilənir. Valideynlər ortaq qərarlar verib məsuliyyəti bölüşürlər, bu da uşağın gələcək həyatında sabitlik yaradır.