cavabın tarixi: 30.11.2024
Mediasiya könüllü proses olduğundan uğursuzluq halları mümkündür. Müqavilə əldə olunmazsa, tərəflər mahiyyətcə heç nə itirmir. Məhkəmə mərhələsinə keçid gecikmə hesab edilmir, əksinə, bəzən mediasiyada müzakirə olunan məsələlər məhkəmə üçün hazırlıq kimi çıxış edir. Məhkəmədə isə hakimin qərarı ilə mübahisə həll olunur, ancaq tərəflər yenə də isterləsə istənilən zaman barışa bilər.