cavabın tarixi: 22.12.2024
Elektron siqaret normal elektron cihaz sayılır, gigiyena məhsulu deyil. Qanuna görə, qısa müddətdə sıradan çıxması istehsal və ya keyfiyyət qüsuru olma ehtimalını artırır. Satıcı bunu təmir etməli, mümkün deyilsə yenisi ilə əvəzləməli və ya pulu qaytarmalıdır. ‘Gigiyenik məhsuldur’ iddiası bu tip cihaz üçün keçərli deyil. İstehlakçı hüquqlarınızı məhkəmə və ya dövlət qurumları vasitəsilə müdafiə edə bilərsiniz.