cavabın tarixi: 09.11.2024
Birincisi, dəlil toplayın: mesajlar, ödəniş qəbzi, səhifənin linki və s. Sonra bankınıza ‘mübahisəli ödəniş’ (chargeback) tələbi göndərin. Bəzi kart sistemləri sizi qorumaq üçün bu prosesi dəstəkləyir. Alınmazsa hüquq-mühafizə orqanlarına fırıldaqçılıq barədə şikayət verin. İstehlakçı hüquqlarının reallaşması üçün satıcı rəsmi qeydiyyatdadırsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edin, lakin saxta hesabdırsa, hüquqi prosedur ağır ola bilər.