cavabın tarixi: 21.11.2024
Valyuta kreditinin manata konvertasiyası məsələsi bankın öz kommersiya siyasətinə bağlıdır. Hökumətin xüsusi subsidiyalaşdırma və ya tənzimləmə tədbirləri olmadığı halda bankı məcbur edə bilməzsiniz. Amma valyuta məzənnəsi sərfəli olmayan vaxtda ödəniş çətinliyi çəkirsinizsə, bankla danışıb restrukturizasiya müqaviləsi bağlamaq şansınız var. Bu, qanunda məcburi deyil, tərəflərin qarşılıqlı razılaşması əsasında olur.