cavabın tarixi: 12.12.2024
Ailə Məcəlləsi prinsiplərinə görə evlilikdən əvvəl alınan əmlak şəxsi mülkiyyət sayılır. Evlilik dövründə ortaq vəsaitlə alınan əmlak isə birgə mülkiyyətə keçər. Sizin evlənmədən öncə əldə etdiyiniz mənziliniz normalda təkcə sizə məxsusdur, yəni yoldaşınızın həmin mülk üzərində pay tələbi əsaslı sayılmaz. Ancaq sonradan orada böyük təmir və ya dəyər artıran xərclər ortaq vəsaitlə olunubsa, o hissənin mübahisəsi ayrı məsələ ola bilər.